Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev yanvarın 20-də NATO Mənzil Qərargahına səfər edib.
Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin APA-ya verilən məlumata görə, səfər zamanı H.Hacıyev NATO-nun Baş katibinin müavini Mirça Coana ilə görüşüb, müttəfiq dövlətlərlə 29 +1 formatında iclasda iştirak edib.
Keçirilmiş görüş və iclas zamanı Azərbaycan-NATO tərəfdaşlığı, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb. H.Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar haqqında müttəfiq dövlətlərə ətraflı məlumat verib.
NATO ölkələri Azərbaycanın Sülh naminə tərəfdaşlıq proqramında aktiv iştirakını, NATO əməliyyatlarına töhfələrini, qarşılıqlı operativ uzlaşmanın artırılması və islahtlar sahəsində əldə etdiyi tərəqqini yüksək qiymətləndirib.
Qeyd edək ki, 20 yanvar faciəsinin 30-cu ildönümümdə keçirilən iclas və görüşlər zamanı H.Hacıyev Azərbagcan tarixində mühüm rol oynayan bu hadisələr haqqında məlumat verib. NATO rəsmiləri və üzv dövlətlər faciə ilə bağlı Azərbaycan xalqı ilə həmrəyliklərini və şəhidlərin ruhuna ehtiramını ifadə ediblər.