Aprelin 14-də Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib.
ONA-nın xəbərinə görə, müşavirədə ilin birinci rübündə həyata keçirilən tədbirlərdən danışan Prezident İlham Əliyev Azərbaycanda islahalatların davam etdirilməsinin yaxşı nəticələrə gətirib çıxardığını deyib.
Koronovirus pandemiyası ilə mübarizə çərçivəsində görülən işləri vurğulayan dövlətimizin başçısı Azərbaycanda vəziyyətin nəzarət altında saxlanıldığını bildirib.
Sonra Maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Kənd təsərrüfatı naziri İnam Kərimov məruzə ediblər.
Prezident İlham Əliyev müşavirəyə yekun vurub.