• SİYASƏT

    16:45 25 yanvar 2020

Azərbaycan Prezidentinin tapşırığı ilə Türkiyəyə yardım üçün danışıqlar aparılır

Türkiyənin Elazığ və Malatya şəhərlərində baş vermiş zəlzələ ilə əlaqədar yardım göstərilməsi və texniki problemlərin həll etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikasının rəsmiləri Türkiyədən olan həmkarları ilə müxtəlif səviyyələrdə, həm Türkiyənin Azərbaycandakı səfirliyi vasitəsilə, həm də birbaşa məsləhətləşmələr aparırlar.

Bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 22 nəfər ölüb, 1030 nəfər xəsarət alıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR