• SİYASƏT

    12:15 28 yanvar 2021

Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin görüşü yanvarın 30-da keçiriləcək

Rusiya, Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinlərinin Moskva görüşü yanvarın 30-na planlaşdırılır.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçukun mətbuat katibi Andrey Matveyev bildirib.

Onun sözlərinə görə, görüşün keçirilməsində məqsəd Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının inşasının müzakirə edilməsidir.

A. Matveyev qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin üçtərəfli işçi qrupunun daha əvvəl keçirilməsi nəzərdə tutulan ilk iclası erməni tərəfinin təklifi ilə tərəflərin qarşılıqlı razılığı əsasında yanvarın 30-da Moskva şəhərində keçiriləcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR