• SİYASƏT

    11:26 9 iyul 2019

Azərbaycan və Aİ arasında yeni saziş üzrə danışıqlarda irəliləyişlər əldə olunub

"Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqlarda bəzi sahələr üzrə irəliləyişlər əldə olunub, bəzi sahələrlə bağlı isə müzakirələr davam edir".

Bunu APA-ya açıqlamasında Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

M. Məmmədquliyev sazişin imzalanacağı tarixi açıqlamağı düzgün saymayıb: "Danışıqlar nə zaman başa çatsa, saziş də o zaman imzalanacaq".

Xarici işlər nazirinin müavini Avropa İttifaqı Şurasının sədri Donald Tuskun bu gün Azərbaycana rəsmi səfəri çərçivəsində sazişin imzalanmasının nəzərdə tutulmadığını da bildirib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR