• SİYASƏT

    14:05 1 may 2023

Azərbaycan və Ermənistan XİN rəhbərləri Blinkenin iştirakı ilə bu gün Vaşinqtonda görüşəcək

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Vaşinqtonda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

APA xəbər verir ki, bu barədə məlumat ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində dərc edilib.

Məlumatda qeyd olunub ki, ABŞ dövlət katibi Entoni Blinken əvvəlcə Ermənistan XİN rəhbəri ilə, daha sonra isə Ceyhun Bayramovla görüşəcək.

Daha sonra Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş Bakı vaxtı ilə təqribən 20:45-də nəzərdə tutulub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR