• SİYASƏT

    18:06 14 mart 2019

Azərbaycan və Kamboca arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan Respublikası və Kamboca Krallığı arasında Pnompen şəhərində siyasi məsləhətləşmələr keçirilib.

XİN mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Azərbaycan nümayəndə həyətinə xarici işlər nazirinin müavini Ramiz Həsənov, Kamboca nümayəndə həyətinə isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Ouç Borit rəhbərlik ediblər.

Görüşdə tərəflər ikitərəfli münasibətlərin müxtəlif sahələri üzrə mövcud vəziyyəti müzakirə ediblər, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində həyata keçirilməsi zəruri olan addımlara dair fikir mübadiləsi aparıblar.

Həmçinin görüş zamanı tərəflər iki ölkə arasında siyasi dialoqun aktivləşdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində mövcud əməkdaşlığın genişləndirilməsi, habelə qarşılıqlı faydalı iqtisadi ticarət əlaqələrin inkişaf etdirilməsi istiqamətində atılmalı addımları müzakirə ediblər.

Cavid

Teqlər:

SON XƏBƏRLƏR