• SİYASƏT

    15:58 3 oktyabr 2019

Azərbaycan və Rusiya prezidentləri Soçidə görüşüb - YENİLƏNİB

Oktyabrın 3-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

ONA xəbər verir ki, Prezident Vladimir Putin Prezident İlham Əliyevi qarşılayıb.

Dövlət başçıları birgə foto çəkdiriblər.

Sonra Prezident İlham Əliyev ilə Prezident Vladimir Putin arasında görüş olub.

***

15.25

Soçi şəhərində Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında görüş keçirilib.

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, görüş "Valday" beynəlxalq diskussiya klubunun 16-cı illik toplantısı çərçivəsində bu gün baş tutub.

Görüşdə dövlət başçıları iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, ticari-iqtisadi sahədə əlaqələrin inkişafının müsbət dinamıkasını qeyd ediblər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR