• SİYASƏT

    11:17 13 avqust 2020

Azərbaycan və Türkiyə Müdafiə nazirləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycan və Türkiyə Müdafiə Nazirliklərinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 12-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov, Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və hər iki ölkənin müxtəlif qoşun növləri komandanları Fəxri xiyaban, Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR