Azərbaycan və Türkiyə prezidentləri Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər
  • SİYASƏT

  • 12:18 10 Dekabr 2020

Azərbaycan və Türkiyə prezidentləri Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şəhidlər Xiyabanını ziyarət ediblər.

ONA xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Azərbaycan və Türkiyə dövlət başçıları “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Türk Şəhidliyini də ziyarət edərək, şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklillər qoyublar.

Dövlət başçıları Xatirə kitabına ürək sözlərini yazıblar.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR