• SİYASƏT

    12:15 10 dekabr 2020

Azərbaycan və Türkiyə prezidentləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

ONA xəbər verir ki, dövlət başçıları Ulu Öndərin məzarı önünə əklillər qoyublar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR