• SİYASƏT

    12:01 2 sentyabr 2020

Azərbaycan vətəndaşlarının 90.8%-i Prezidentə tam etibar edir - SORĞU

Sosial Tədqiqatlar Mərkəzinin (STM) “Prezidentin fəaliyyəti ictimai rəydə” hesabatı çap edilib.

APA-nın məlumatına görə, hesabat 2020-ci ilin birinci rübünü - yanvar-mart aylarını əhatə edir.

Respondentlərin Prezidentə və hakimiyyətin hər üç qoluna (qanunverici, məhkəmə və icraedici) münasibətini öyrənmək məqsədilə bu qurumlara etibarlılıq öyrənilib. Belə ki, respondentlərin mütləq əksəriyyəti Prezidentə etibar etdiyini bildirib.

Prezidentə “Tam etibar edirəm” deyənlər respondentlərin mütləq çoxluğunu (90,8%) təşkil edir.

Bundan əlavə, respondentlərin mütləq əksəriyyəti tərəfindən ölkə başçısının ordu quruculuğu və silahlı qüvvələrin modernləşdirilməsi (96%) və xarici siyasət (95%) sahəsindəki fəaliyyəti yüksək qiymətləndirilib.

Ümumilikdə isə respondentlərin mütləq əksəriyyəti (92,8%) ictimai qınağa səbəb olan hadisələrə Prezidentin reaksiyasından razıdır.

Respondentlərin mütləq əksəriyyəti (95,2%) Prezident tərəfindən icra başçılarının vəzifədən azad olunmasında ictimai rəyin olması fikrindədir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR