• SİYASƏT

    11:37 26 avqust 2020

Azərbaycan xarici işlər nazirinin Rusiyaya rəsmi səfəri başlayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, C. Bayramov ilk olaraq Kremldə Naməlum Əsgərin məzarı önünə əklil qoyub.

Nazir daha sonra rusiyalı həmkarı ilə görüşmək üçün Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evinə yollanıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Rusiyanın yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR