• SİYASƏT

    21:12 8 noyabr 2019

Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İranda baş vermiş zəlzələ ilə bağlı başsağlığı verib.

APA-nın xəbərinə görə, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində bildirilib.

"İranda zəlzələnin baş verməsi xəbəri bizi dərindən kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanlara və onların yaxınlarına başsağlığı bildirir, yaralılara isə Allahdan şəfa diləyirik. Belə bir gündə qardaş İran xalqına və dövlətinə hər cür köməklik göstərməyə hazırıq", - deyə qeyd olunub.

Xatırladaq ki, İranın Şərqi Azərbaycan əyalətində baş vermiş zəlzələ zamanı 6 nəfər ölüb, 345 nəfər xəsarət alıb, 40 ev tamamilə dağılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR