• SİYASƏT

    12:48 18 iyul 2019

Azərbaycan XİN İraqda Türkiyə diplomatının öldürülməsini pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İraqda türkiyəli diplomatın öldürülməsini pisləyib.

ONA-nın xəbərinə görə, Nazirliyin “Tvitter” səhifəsində bildirilib ki, Azərbaycan XİN Ərbil şəhərində Türkiyə Baş konsulluğunun əməkdaşlarına edilən silahlı hücumu qınayır: “Ərbildə həyatını itirən türkiyəli həmkarımıza Allahdan rəhmət diləyir, yaxınlarına baş sağlığı veririk. Baş vermiş silahlı hücumu şiddətlə qınayırıq”.

Qeyd edək ki, ötən gün İraqın Ərbil şəhərində restorana silahlı hücum olub. Hücum nəticəsində Türkiyənin Ərbildəki Baş konsulluğunun bir əməkdaşı öldürülüb. Terror aktı zamanı bir İraq vətəndaşı da ölüb, bir nəfər isə yaralanıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR