• SİYASƏT

    14:19 8 dekabr 2019

Azərbaycan XİN Ukraynaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynaya başsağlığı verib.

APA-nın xəbərinə görə, başsağlığı XİN-nin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

Dekabrın 5-də Odessa şəhər kollecində baş verən yanğınla əlaqədar Ukraynada Milli Matəm Günü elan olunub. Azərbaycan XİN yanğın zamanı həyatını itirənlərin ailələrinə və Ukrayna xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyir.

Qeyd edək ki, Ukraynanın Odessa şəhərində kollec binasında baş verən yanğın zamanı ölənlərin sayı 10 nəfərə çatıb.

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR