Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin Cənubi Osetiyada keçirilmiş qondarma “seçkilər”lə bağlı açıqlama yayıb.
İdarədən APA-ya bildirilib ki, Azərbaycan XİN Gürcüstanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edir və beynəlxalq hüququn kobud pozulması olan Cənubi Osetiyada keçirilmiş qondarma “seçkiləri” tanımır.
Qeyd edək ki, iyunun 9-da Cənubi Osetiyada "parlament seçkiləri" keçirilib.