Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin 1990-cı ildə Bakıda və Sumqayıtda ermənilərə qarşı guya “qırğınlar”ın törədilməsi barədə iddialarına münasibət bildirib.
ONA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Tvitter” paylaşımında yazıb ki, Ermənistan XİN yenidən 1990-cı ildə uydurma qırğınlardan danışır.
L. Abdullayeva qeyd edib ki, ermənilərin qurban getdiyi barədə rəvayətlər erməni millətçiliyinin ideoloji əsası olub və Azərbaycana qarşı ərazi iddialarına gətirib çıxarıb: “Münaqişədən sonrakı dövrdə bu cür təbliğat təəssüf doğurur və təhlükəlidir”.