• SİYASƏT

    17:55 23 noyabr 2022

Azərbaycan XİN İsrailə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsraildə baş verən terror aktı ilə bağlı başsağlığı verib.

ONA xəbər verir ki, bu barədə Azərbaycan XİN “Twitter“də paylaşım edib.

“Qurbanın yaxınlarına başsağlığı verir və yaralıların tezliklə sağalmasını diləyirik. Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir”, - XİN-dən bildirilib.

Xatırladaq ki, bu gün Yerusəlim şəhərində törədilən terror aktı zamanı 1 nəfər ölüb, 22 nəfər yaralanıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR