"Azərbaycana ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə əməkdaşlığı daha da gücləndirmək tövsiyə olunur".
ONA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O, bununla əlaqədar Layçak tərəfindən təklif irəli sürüldüyünü qeyd edib: "Biz təklifi dəyərləndirdikdən sonra rəsmi cavab verəcəyik. O ki qaldı Azərbaycanla bağlı tövsiyələrə, bəzilərini qəbul edə, bəzilərini isə etməyə bilərik".