• SİYASƏT

    16:22 26 iyul 2022

Azərbaycanda 832 yeni seçki məntəqəsi yaradılıb

“2022-ci ilin yanvar ayının əvvəllərindən may ayının sonuna qədər Mərkəzi Seçki Komissiyası Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilib tərtib olunması prosesini həyata keçirib”.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

Rövzət Qasımov bildirib ki, seçki məntəqələri üzrə ən azı 50, ən çoxu 1500 seçici ola bilər: “Bununla əlaqədar may ayının əvvəlindən iş aparılıb. Seçki Məcəlləsinin tələbi ilə bağlı 1300-dən artıq seçki məntəqəsinin yaradılması zərurəti yaranmışdı. Həmin vaxtdan bəri 103 seçki dairəsinin ərazisində 832 yeni seçki məntəqəsi yaradılıb. Respublika üzrə ümumi 6274 seçki məntəqəsi fəaliyyət göstərəcək. Həmin məntəqələrin seçici siyahıları və s. məsələləri artıq həll olunub. Bələdiyyələrin sərhədlərinin kəsilməməsi prinsipi seçki məntəqələrinin yaradılması prosesində nəzərə alınıb. Artıq növbəti mərhələ seçki dairələrinin sərhədlərinin müəyyənləşdirilməsidir. Bu proses xüsusi komissiyanın səlahiyyətindədir”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR