• SİYASƏT

    10:05 29 yanvar 2025

Azərbaycanda bələdiyyə seçkiləri keçirilir

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

ONA-nın xəbərinə görə, 118 seçki dairəsi üzrə 685 bələdiyyəyə 8071 üzv seçiləcək.

Bələdiyyə seçkilərində adları seçki bülletenlərinə daxil edilən namizədlərin sayı 16092 nəfərdir. 16092 namizədin 8424-ü 23 siyasi partiya tərəfindən irəli sürülüb. Partiya mənsubiyyətinə gəlincə, 16092 namizədin 8504-ü 24 siyasi partiyanın mənsublarıdır. Seçkilərdə 7588 bitərəf namizəd mübarizə aparır.

Bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 961 987 seçici 5846 seçki məntəqəsində səs verə biləcək. Bunlardan 5734-ü daimi, 112-si müvəqqəti seçki məntəqələrdir. 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb.

Bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyalarında ümumilikdə 70625 müşahidəçi akkreditasiyadan keçib. Müşahidəçilərdən 26260-ı 24 siyasi partiya tərəfindən təqdim olunan müşahidəçilərdir.

Seçki Məcəlləsinin tələbinə əsasən, bələdiyyə seçkilərində səsvermə ilə əlaqədar bu gün geyri-iş günüdür.

Saat 08.00-da səsverməyə start verilib.

Səsvermədən əvvəl Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirib, seçkiyə hazırlıq prosesi, seçki ilə əlaqədar MSK-nın gördüyü işlər barədə məlumat verib.

Məzahir Pənahov bildirib ki, bələdiyyə seçkiləri 118 dairəni, 5846 seçki məntəqəsini (5734-ü daimi, 112-si müvəqqəti seçki məntəqəsi) əhatə edir, 685 bələdiyyəyə 8071 üzv seçiləcək. 1000 məntəqədə veb-kamerala quraşdırılıb.

Bələdiyyə seçkilərində adları seçki bülletenlərinə daxil edilən namizədlərin sayı 16092 nəfərdir. 16092 namizədin 8424-ü 23 siyasi partiya tərəfindən irəli sürülüb. 16092 namizədin təqribən 31%-i qadınlardır. Namizədlərin 82%-i ali təhsillidir. Bələdiyyə seçkilərində mübarizə aparan namizədlərin 41%-i 21-35 yaş arasında olanlardır.

Bələdiyyə seçkilərində 5 961 987 seçici səsvermə hüququndan istifadə edə bilər.

Bələdiyyə seçkilərini izləmək üçün Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyalarında ümumilikdə 70 625 müşahidəçi akkreditasiyadan keçib.

Dövlət Himninin səsləndirilməsi ilə səsverməyə start verilib, seçki məntəqələri səsvermə üçün açıq elan edilib.

Səsvermə saat 19:00-da bitəcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR