Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.
ONA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib.
İclasa sədrlik edən MSK sədri Məzahir Pənahov qeyd edib ki, ötən bələdiyyə seçkiləri dekabrın 23-də baş tutub və bu ilin dekabr ayının 23-də bələdiyyə üzvlərinin səlahiyyətləri başa çatır.
M. Pənahov bu il bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini məqsədəuyğun hesab etdiyini vurğulayaraq təklifi səsə qoyub. Təklif MSK üzvləri tərəfindən yekdilliklə qəbul edilib.