Mərkəzi Seçki Komissiyası (MSK) 2019-cu il 23 dekabrda keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bir bələdiyyəyə seçkilərin nəticələrini ləğv edib.
ONA-nın məlumatına görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.
Qeyd olunub ki, MSK-ya 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi Ağdaş bələdiyyəsinin 8 və 10 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən bəzi qanun pozuntuları ilə bağlı müraciət daxil olub. MSK nəzdində Ekspert qrupunun üzvü şikayəti araşdırıb və müraciətdə qeyd olunanlar öz təsdiqini tapıb.
MSK üzvlərinin müzakirəsindən sonra qərara alınıb ki, Ağdaş bələdiyyəsinin 8 və 10 saylı seçki məntəqəsində səsvermə nəticəsi ləğv edilsin. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, bu iki məntəqənin nəticələri ləğv edildiyindən Ağdaş bələdiyyəsi üzrə səsvermənin nəticəsi də etibarsız hesab olunub.