• SİYASƏT

    11:32 17 mart 2019

Azərbaycanda həbs edilən Nigeriya vətəndaşları azadlığa buraxılıb - FOTOSESSİYA

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamının icrası davam etdirilib

ONA-nın məlumatına görə, sərəncam 17 saylı Cəzaçəkmə Müəssisəsində də icra olunub.

Bildirilib ki, müəssisədən 2-si əcnəbi (Nigeriya) olmaqla, ümumilikdə 10 nəfər azadlığa buraxılıb.

Sonra cəzaçəkmə müəssisəsinin rəhbəri Vüsal Aslanov məhbusları təbrik edib və onlara buraxılış vərəqlərini təqdim edib.

Azadlığa buraxılanlar arasında NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəman da var.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 16 mart 2019-cu il tarixli sərəncamına əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR