• SİYASƏT

    15:23 14 mart 2019

Azərbaycanda mediasiya təşkilatı yaradılacaq

Azərbaycanda mediasiya təşkilatı yaradılır.

ONA-nın məlumatına görə, bu barədə yeni hazırlanan “Mediasiya haqqında” qanun layihəsində bildirilib.

Yeni sənədin 11-ci maddəsində (Mediasiya təşkilatı) qeyd edilib ki, mediasiya təşkilatı mediasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə, mediasiya xidmətlərinin marketinqini, əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların xidmətləri üçün haqqın və ya digər xərclərin ödənilməsinə dair qaydanı müəyyən edən, mediasiya zamanı danışıqların aparılması üçün şərait yaradan, bu qanunda və ya tərəflərin razılığı müəyyən edildiyi hallarda mediasiya prosesini aparmaq üçün mediatorları təyin edən, həbelə mediatorların effektiv fəaliyyətinə yönələn digər tədbirlər həyata keçirən hüquqi şəxsdir.

Qeyd edək ki, mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu qanunla müəyyən olunan prosesdir.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR