Fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində müşahidə aparacaq ATƏT-in müşahidəçilər missiyasının rəhbəri təyin olunub.
ONA-nın xəbərinə görə, ATƏT-in fəaliyyətdə olan sədri Artur Gerasimovu bu seçkilər üçün Xüsusi Əlaqələndirici və ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının rəhbəri təyin edib.