• SİYASƏT

    08:05 9 fevral 2020

Azərbaycanda parlament seçkilərində səsvermə başlayıb

Bu gün Milli Məclisə növbədənkənar seçkilərdə səsvermə başlayıb.

ONA xəbər verir ki, saat 08.00-da səsverməyə start verilib.

Səsvermədən əvvəl Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirib, seçkiyə hazırlıq prosesi, seçki ilə əlaqədar MSK-nın gördüyü işlər barədə məlumat verib.

M. Pənahov bildirib ki, bu gün Azərbaycanda tarixi gündür. MSK sədri parlament seçkilərinin 125 dairəni, ümumilikdə 5573 seçki məntəqəsini əhatə etdiyini, 1000 məntəqədə (ümumi məntəqələrin 18 faizi) veb-kameraların quraşdırıldığını nəzərə çatdırıb.

MSK sədri qeyd edib ki, 5 329 460 seçici səsvermə hüququndan istifadə edə bilər.

Səsvermə üçün 5 387 600 bülleten çap edilib. Seçkilərdə 19 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınıb.

Parlament seçkilərini izləmək üçün 77790 yerli, 883 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

Dövlət Himninin səsləndirilməsi ilə səsverməyə start verilib, seçki məntəqələri səsvermə üçün açıq elan edilib.

Milli Məclisdə 125 deputat mandatı uğrunda 1314 namizəd mübarizə aparır. Deputatlığa namizədlərin 79 faizi kişi, 21 faizi qadındır.

Səsvermə saat 19:00-da bitəcək.

Qeyd edək ki, MSK Katibliyinin “Seçkilər” İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR