• SİYASƏT

    12:19 29 may 2019

Azərbaycanda seçici siyahılarının dəqiqləşdirməsi başa çatıb

"Azərbaycanda seçicilərin siyahısının dəqiqləşdirmə prosesinə yekun vurulub".

ONA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, hazırda Azərbaycanda ümumilikdə 5 milyon 212 min 902 seçici var: "Ötən ilə nisbətən seçicilərin sayı 21 minə yaxın artıb".

M. Pənahov qeyd edib ki, seçicilərin 50,83 %-i qadın, 49,17 %-i isə kişidir.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR