Hazırda seçici siyahılarında 6 milyon 478 min 623 seçici var.
APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, onlar 6537 məntəqədə səs verəcəklər.
O da qeyd olunub ki, Azərbaycan hüdudlarından kənarda olan seçicilər də səsvermə hüququna malikdir, artıq 37 ölkədə səfirliklərdə, konsulluqlarda 49 məntəqə yaradılıb: “Bu məntəqələrdə 23 mindən artıq seçici artıq qeydə alınıb. Eyni zamanda Azərbaycanda səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi alma da tələb olunur".