Milli Məclisə seçkilərdə 6477 seçki məntəqəsi fəaliyyət göstərir.
ONA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, onlardan 6343 daimi, 134-ü isə müvəqqəti seçki məntəqələridir.
“Seçicilərin sayı isə 6 421 073 nəfərdir”, - MSK sədri Məzahir Pənahov qeyd edib.