• SİYASƏT

    13:57 31 yanvar 2020

Azərbaycanda seçkiləri izləyəcək AŞPA müşahidə missiyasının rəhbəri təyin olunub

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) büro iclasında fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün göndəriləcək müşahidə missiyasının rəhbəri təsdiqlənib.

APA-nın Avropa bürosunun xəbərinə görə, Frank Şvabe müşahidə missiyasının rəhbəri təyin olunub.

AŞPA-da təmsil olunan bütün 5 siyasi qurupu təmsil edən müşahidə heyəti fevralın 6-dan 10-dək növbədənkənar parlament seçkilərini izləmək üçün Azərbaycana gələcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR