• SİYASƏT

    16:45 15 aprel 2022

Azərbaycanda son sutkada COVID-19-dan ölüm faktı qeydə alınmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 335 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 467 nəfər müalicə olunaraq sağalıb, 9 705 nəfər vəfat edib, aktiv xəstə sayı 163 nəfərdir.

Ölkədə son sutka ərzində 3 613, hazırkı dövrədək isə 6 762 824 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR