“Hələ ki Azərbaycanda xarici diplomatlar arasında yeni növ koronavirusa (COVİD-19) yoluxma qeydə alınmayıb”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Azərbaycanda olan səfirliklər, beynəlxalq təşkilatlar, ümumiyyətlə diplomatik korpusun sayı 4 100 nəfəri ehtiva edir.