Bu gün Azərbaycan Yüksəliş Partiyasının onlayn təsis qurultayı keçirilib.
ONA-nın məlunatına görə, qurultayda say komissiyası və qurultayı idarə etmək üçün Bəhrəm İsmayılov, Gülşən Hacıyeva və Elşad Abdullayevdən ibarət Sədarət seçilib.
Azərbaycan Yüksəliş Partiyasının onlayn təsis qurultayında partiyanın Nizamnamə və Proqramı qəbul edilib və başqanlıq seçkisi keçirilib. Keçirilən səsvermədə Anar Əsədli AYP-nin ilk başqanı seçilib.
Eyni zamanda onlayn təsis qurultayında 27 nəfərdən ibarət Baş Məclis, 7 nəfərdən ibarət Nəzarət Təftiş Komitəsi müəyyənləşib.