Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Segal oktyabrın 18-də Gəncədəki Yəhudi Dini İcmasının üzvləri ilə görüşüb.
APA-nın yerli bürosu xəbər verir ki, görüşdə baş ravvinə Ermənistan ordusunun törətdiyi terror, dinc əhalini hədəfə alması barədə məlumat verilib.
Daha sonra baş ravvin Ermənistanın Gəncəyə atdığı raket zərbəsindən dağılmış əraziyə baş çəkib.