Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin 60-dan çox nümayəndəsinin aprelin 2-3-də Gəncə şəhərinə, Samux və Göygöl rayonlarına tanışlıq səfərləri təşkil olunacaq.
XİN-dən ONA-ya verilən məlumata görə, məqsəd Azərbaycanda regionların inkişafı ilə tanış olmaq və bu xüsusda bölgələrdə həyata keçirilən sosial, iqtisadi layihələr, habelə turizmin inkişafı barədə məlumatlandırmaq xarakteri daşıyır.
Səfər çərçivəsində diplomatlar Gəncə şəhərində Heydər Əliyev Park-Kompleksi, Nizamə Gəncəvi məqbərəsi, İmamzadə ziyarətgah kompleksi və Gəncə Avtomobil zavodu ilə tanış olacaqlar.
Eyni zamanda, diplomatlar Samux rayonunda “AqroEnerji” kompleksi və “Aqro Diary” MMC ilə, Göygöl rayonunda isə alman mədəni irsi, Göygöl Milli Parkı və Göygöl şərab zavodu ilə tanış olacaqlar.