• SİYASƏT

    10:59 9 iyul 2021

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Şuşa şəhərinə səfəri başlayıb - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun işğaldan azad olunmuş ərazilərə tanışlıq səfərlərinin təşkili davam etdirilir.

APA-nın məlumatına görə, iyulun 9-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların, ümumilikdə 100-dən çox xarici diplomatik nümayəndənin Şuşa şəhərinə səfəri təşkil olunub.

Səfərdə Türkiyə, Pakistan, İtaliya, Avstriya, İsveç, Polşa, İsrail, Çin, Yaponiya, Malayziya, Cənubi Koreya, Belarus, Ukrayna, Braziliya, Meksika, Səudiyyə Ərəbistanı, Qətər, Əlcəzair və digər ölkələrin səfirləri, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri də iştirak edirlər.

Səfərdə məqsəd xarici diplomatları Şuşa şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri, Şuşa şəhərinin orijinal arxitektura üslubu və Azərbaycan xalqının milli-mədəni irsi ilə tanış etməkdir.

Səfər qısa zamanda inşa olunan Zəfər yolu ilə həyata keçiriləcək, həmçinin diplomatlar Füzuli Beynəlxalq Hava Limanı, Füzuli yarımstansiyası ilə tanış olacaqlar.

Xatırladaq ki, hazırkı dövrə kimi Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun işğaldan azad olunmuş ərazilərə, o cümlədən Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonlarına səfərləri təşkil olunub. Diplomatlar işğal dövründə erməni vandalizminin nəticələri və həyata keçirilməsinə başlanmış bərpa və yenidənqurma işləri ilə tanış olublar.

***

10.02

Azərbaycanda akkreditə olunmuş 50-yə yaxın diplomatik korpus nümayəndələrinin və beynəlxalq təşkilatların Azərbaycandakı təmsilçilərinin işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfəri başlayıb.

APA-nın səfəri müşayiət edən müxbirinin məlumatına görə, diplomatik nümayəndələr əvvəlcə Füzuli şəhərində tikilməkdə olan Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olacaqlar, onlar daha sonra "Füzuli" yarımstansiyasına baş çəkəcəklər.

Füzuliyə səfəri tamamladıqdan sonra xarici ölkələrin Azərbaycandakı diplomatik təmsilçiləri Şuşa şəhərinə yola düşəcəklər. Onlar Şuşa şəhərində müxtəlif tarixi, mədəni abidələrlə tanış olacaqlar.

Diplomatik korpus nümayəndələrinin səfəri iyulun 10-da başa çatacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR