• SİYASƏT

    12:31 27 aprel 2020

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin yeni tərkibi müəyyənləşib

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibi müəyyənləşib.

APA-nın məlumatına görə, Milli Məclisin aprel ayının 24-də baş tutan Plenar iclasında parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi ilə 82 işçi qrupun rəhbərləri seçilib.

Bununla yanaşı, beynəlxalq parlament qurumlarında, təşkilatlarda fəaliyyət göstərəcək Azərbaycanı nümayəndə heyətlərinin formalaşması prosesləri gedir. Heyətlərin siyahısı yaxın günlərdə açıqlanacaq.

AŞPA-nın Daimi Komitəsinin pandemiyadan sonra 30 aprel tarixinə təyin edilmiş ilk onlayn iclasında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibi isə artıq məlumdur.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə Səməd Seyidov - nümayəndə heyətinin rəhbəri, Kamal Cəfərov, Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Nigar Arpadarai, Tural Gəncəliyev, Könül Nurullayeva, Erkin Qədirli, Rafael Hüseynov, Sabir Hacıyev, Fazil Mustafa, Asim Mollazadə daxildir.

Yeni tərkibin siyahısı AŞPA-ya göndərilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR