• SİYASƏT

    13:50 5 iyul 2019

Azərbaycanın beynəlxalq təşkilatlarla imzaladığı sənədlərin sayı açıqlanıb

"1993-cü ildən 2019-cu ilə kimi xarici siyasətlə bağlı 1365 qanun qəbul edilib, Azərbaycan Prezidentinin 443 Fərmanı imzalanıb".

ONA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident Kitabxanasının "Azərbaycan diplomatiyası" adlı elektron resursunun təqdimatında deyib.

Onun sözlərinə görə, bu müddət ərzində beynəlxalq təşkilatlarla imzalanmış sənədlərin sayı 102-dir ki, onların 27-si son 5 ildə imzalanıb.

H. Hacıyev qeyd edib ki, 19 ölkə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri haqqında müxtəlif sənədlər imzalanıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR