Azərbaycanın Birinci vitse-prezidenti Baronessa Emma Nikolsonla görüşüb
  • SİYASƏT

  • 16:25 22 Fevral 2019

Azərbaycanın Birinci vitse-prezidenti Baronessa Emma Nikolsonla görüşüb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 22-də Böyük Britaniyanın baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

ONA-nın xəbərinə görə, Mehriban Əliyeva artıq üçüncü dəfədir, Baronessa Emma Nikolson ilə görüşdüyünü bildirərək, ölkəmizlə Böyük Britaniya arasında münasibətlərin daha da inkişaf etdirilməsində Baronessa Emma Nikolsonun töhfəsini qeyd edib.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında səhiyyə, ekologiya və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Birinci vitse-prezident ölkəmizdə aparılan islahatlardan, Azərbaycanda ekologiyaya dair icra edilən dövlət proqramlarından danışıb, səhiyyə sahəsinin daha da təkmilləşdirilməsi ilə bağlı təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirib.

Baronessa Emma Nikolson İraqda etnik azlıqların musiqilərinin notlara köçürülməsi ilə bağlı Heydər Əliyev Fonduna müraciətini diqqətə çatdırıb.

Fondun prezidenti Mehriban Əliyeva bu müraciəti məmnuniyyətlə həyata keçirməyə hazır olduqlarını vurğulayıb.

***

13.49

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 22-də Böyük Britaniyanın baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

ONA-nın xəbərinə görə, bu barədə Azərtac məlumat yayıb.

Gülşən Hacıyeva

Teqlər:

OXŞAR XƏBƏRLƏR