• SİYASƏT

    11:14 5 avqust 2022

Azərbaycanın Britaniyadakı səfiri: "Radikalların hücumu qəbuledilməz və barbarcasınadır"

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə Londonda fəaliyyət göstərən radikalların hücumu qəbuledilməz və barbarcasınadır.

APA-nın xəbərinə görə, Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “Twitter“ hesabındakı paylaşımında belə qeyd edib.

“Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə Londonda fəaliyyət göstərən radikalların hücumu qəbuledilməz və barbarcasınadır. Bu, diplomatik binanın toxunulmazlığı prinsipini birbaşa pozdu. Mən hazırda Bakıdayam və şadam ki, bizim həmkarlarımız təhdidə rəğmən təhlükəsizlikdədirlər”, - deyə səfir qeyd edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR