• SİYASƏT

    13:20 23 fevral 2023

Azərbaycanın Ermənistana qarşı ilk dövlətlərarası iddia proseduru başlayıb

İşğal dövründə ətraf mühitin çirkləndirilməsinə görə, Bern konvensiyasına əsasən, Azərbaycanın Ermənistana qarşı ilk dövlətlərarası iddia proseduru başlayıb.

ONA xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib.

Nazir müavini deyib ki, bu, arbitraj prosesidir.

“Hazırda gözlədiyimiz növbəti mərhələ Ermənistan tərəfindən həmin dövləti təmsil edəcək arbitrın müəyyən edilməsi və məhkəmənin formalaşdırılmasıdır. Ekoloji cinayətlərlə bağlı həmin məhkəmədə qiymət veriləcək”, - Elnur Məmmədov qeyd edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR