• SİYASƏT

    10:55 7 may 2019

Azərbaycanın Gürcüstandakı səfiri “David Qareci” məsələsi ilə bağlı patriarxlıqda görüş keçirib

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstan patriarxlığında “David Qareci” kompleksi ətrafında yaranmış məsələ ilə bağlı görüş keçirib.

ONA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə patriarxlığın mətbuat xidmətinin rəhbəri Andria Jaqmaidze özünün “facebook” səhifəsində yazıb.

“Gürcü patriarxlığı monastırla bağlı problemlərin həllində aktiv şəkildə iştirak edir. Mayın 4-ü və 5-də Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin nümayəndəsi Əli Əliyevlə bu barədə görüş keçirilib”, – deyə məlumatda bildirilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR