Dursun Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
ONA xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Prezident İlham Əliyevin digər sərəncamı ilə Faiq Maqbet oğlu Quliyev Azərbaycan Respublikasının Gürcüstanda yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Faiq Quliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.
Dövlət başçısı onun bu vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb.