Azərbaycanın Gürcüstandakı səfirliyi Respublika günü ilə əlaqədar tədbir keçirib.
ONA-nın yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, hərbi ataşe Fuad İbrahimov, səfirlik əməkdaşları, Azərbaycandan gəlmiş 20-yə yaxın QHT nümayəndələri Tbilisidəki Heydər Əliyev adına parkda ümummilli liderin büstünü ziyarət edərək, önünə əklil və gül dəstələri qoyublar.
Tədbirdə iştirak edən Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri, ziyalılar və ictimaiyyət nümayəndələri də əvvəlcə ulu öndərin abidəsini, daha sonra Tbilisinin Botanika Bağında uyuyan Azərbaycanın görkəmli şəxsiyyətlərinin məzarlarını ziyarət ediblər.