Azərbaycanın İndoneziya, Meksika və Yunanıstana yeni səfirləri təyin olunub.
APA-nın xəbərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə Cəlal Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Dövlət başçısı İlham Əliyev, Məmməd Afiq oğlu Talıbovun Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında da sərəncam imzalayıb.
Prezident İlham Əliyevin digər sərəncamı ilə Anar Xeybər oğlu Hüseynov Azərbaycanın Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.