• SİYASƏT

    17:29 6 sentyabr 2019

Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qətnamə layihəsi BMT Baş Assambleyası sessiyasının gündəliyinə salınıb

"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" və "GUAM regionunda dondurulmuş münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları" adlı qətnamə layihələri BMT Baş Assambleyasının 74-cü sessiyasının ilkin gündəliyinə salınıb.

APA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, sözügedən qətnamə layihələri Baş Assambleyanın 73-cü sessiyasında müzakirə olunmadığı üçün növbəti toplantının gündəliyinə müvafiq olaraq 38 və 32-ci bəndlər altında əlavə edilib.

Qeyd edək ki, BMT Baş Assambleyasının 74-cü sessiyasının rəsmi açılış mərasimi sentyabrın 17-də Nyu-Yorkda baş tutacaq. Sentyabrın 24-dən 30-dək isə müzakirələr keçiriləcək.

Zümrüd Paşkin

ONA

Teqlər:

SON XƏBƏRLƏR