• SİYASƏT

    13:52 29 aprel 2020

Azərbaycanın MDB PA və Türk PA-da nümayəndə heyətlərinin rəhbəri və tərkibi məlum olub

Azərbaycanın MDB Parlamentlərarası Assambleyasında nümayəndə heyətinin rəhbəri və nümayəndə heyətinin tərkibi məlum olub.

APA-nın məlumatına görə, nümayəndə heyətinin rəhbəri Milli Məclisin sədri Sahibə Qafarova seçilib.

Nümayəndə heyətinin tərkibinə Mixail Zabelin, Aydın Mirzəzadə, Rauf Əliyev, Kamilə Əliyeva, İqbal Məmmədov, Emin Hacıyev, Nizami Səfərov, Afət Həsənova, Aqiyə Naxçıvanlı, Fəzail Ağamalı, Bəxtiyar Əliyev, Rüfət Quliyev, Rasim Musabəyov, Jalə Əliyeva, Tamam Cəfərova, Anatoliy Rafailov, İltizam Yusifov, Arzu Nağıyev, Əminə Ağazadə və Sabir Hacıyev daxildir.

Azərbaycanın Türkdilli Ölkələrin Parlament Assambleyasındakı (Türk PA) nümayəndə heyətinin rəhbəri və nümayəndə heyətinin tərkibi də məlum olub.

Bu barədə APA-ya millət vəkili Fazil Mustafa məlumat verib.

O bildirib ki, nümayəndə heyətinin rəhbəri Milli Məclisin Sədri Sahibə Qafarova seçilib.

Nümayəndə heyətinə millət vəkilləri Nizami Cəfərov, Sədaqət Vəliyeva, Cavanşir Feyziyev, Əhliman Əmiraslanov, Ağalar Vəliyev, Hikmət Məmmədov və Fazil Mustafa daxildir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR