Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borell və Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Aİ-nin komissarı Oliver Vargeyi ilə görüşəcək.
APA-nın xəbərinə görə, Azərbaycan XİN başçısının Aİ rəsmiləri ilə görüşləri sabah Brüsseldə baş tutacaq.